6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Mayın 26-da Azərbaycanla Gürcüstan arasında qatar reysləri bərpa olunacaq

18-may-2026
Mayın 26-da Azərbaycanla Gürcüstan arasında qatar reysləri bərpa olunacaq
Yazı Ölçüsü:

Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi 26 maydan etibarən 6 illik fasilədən sonra yenidən bərpa olunacaq.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Qatarların hərəkəti Gürcüstan və Azərbaycan arasında 2020-ci ilin martından dayandırılmışdı.

Qərar Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün nəticələrinə əsasən açıqlanıb. Görüş zamanı tərəflər strateji tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Bakıya səfər edən Gürcüstan nümayəndə heyətinin gedişi zamanı ikitərəfli koordinasiya şurasının protokolu imzalanıb. Bu sənədə əsasən Bakı–Tbilisi–Qars dəmir yolunun yeni hissəsi tam istismara veriləcək.

Sənədi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırda Bakıda səfərdədir və BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında iştirak edəcək.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031