6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

İran ABŞ bazalarına cavab zərbələrində süni intellektli dronlardan istifadə etdiyini açıqlayıb

04-sentyabr-2026, 18:58
İran ABŞ bazalarına cavab zərbələrində süni intellektli dronlardan istifadə etdiyini açıqlayıb
Yazı Ölçüsü:

İran Yaxın Şərqdə ABŞ-nin hərbi bazalarına endirdiyi cavab hava zərbələri zamanı ballistik raketlərdən və süni intellekt texnologiyası ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə edib.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminia məlumat verib.

"Son əməliyyatlar zamanı düşmənə qarşı Fəth tipli yer-yer raketlərindən və süni intellektlə təchiz edilmiş "Arəş-2" pilotsuz uçuş aparatlarından istifadə etdik", – deyə o, dövlət televiziyasının efirində bildirib.

İran ordusunun nümayəndəsinin sözlərinə görə, İran Silahlı Qüvvələri cavab zərbələrini "kombinə edilmiş və asimmetrik üsullarla" həyata keçirir ki, bu da hədəfləri asanlıqla vurmağa imkan verir.

Əkrəminia qeyd edib ki, Tehran təhlükələrin yaranacağı təqdirdə qabaqlayıcı tədbirlər görmək imkanını istisna etmir. O, həmçinin İsrailə xəbərdarlıq edərək, yeni təcavüz olacağı təqdirdə İranın cavabının "sürətli və dağıdıcı" olacağını bildirib.

Sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə bir sıra zərbələr endirildiyini açıqlayıb. "Press TV"nin məlumatına görə, ölkənin cənub sahillərində, o cümlədən Kiş adasında və bir sıra şəhərlərdə partlayış səsləri eşidilib.

İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İraq və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930