6°C Bakı
1$ = 1.70₼
İKT

Türkiyə "Artemis razılaşmaları"na qoşulub

01-sentyabr-2026, 19:29
Türkiyə "Artemis razılaşmaları"na qoşulub
Yazı Ölçüsü:
Türkiyə Ayın tədqiqində təhlükəsizliyin təmin edilməsi, kosmosdan dinc, davamlı və faydalı istifadənin inkişafına yönəlmiş beynəlxalq prinsiplər toplusu olan "Artemis razılaşmaları"nı imzalayıb. Sənəd avqustun 31-də imzalanıb.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə XİN-dən bildirilib ki, Ankara kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləməyə davam etmək, həmçinin beynəlxalq hüquq normalarına əsaslanaraq kosmik texnologiyaların inkişafı və tədqiqatlarında iştirak etmək niyyətindədir.
Nazirlik Türkiyənin bu sahədə inklüziv və innovativ yanaşmaya sadiq qalacağını vurğulayıb.
Qeyd olunub ki, kosmik tədqiqatlar sahəsində ümumi baxışın möhkəmləndirilməsi baxımından 2026-cı il oktyabrın 5-9-da Antalyada keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi mühüm platforma olacaq.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031