6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Ermənistan AES-in istismar müddətinin 2041-ci ilədək uzadılması planlaşdırılır

09-sentyabr-2026, 11:48
Ermənistan AES-in istismar müddətinin 2041-ci ilədək uzadılması planlaşdırılır
Yazı Ölçüsü:

Ermənistan Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzrə işlərin davam etdirilməsi, perspektivdə isə bu müddətin 2041-ci ilədək artırılması planlaşdırılır.

"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 9-da "Atom Enerjisi Sektorunda Kritik Biliklərin Qorunması və Ötürülməsi Problemi: Mentorluq bu problemin qismən həlli vasitələrindən biri kimi" mövzusunda keçirilən seminar zamanı "Ermənistan Atom Elektrik Stansiyası" QSC-nin baş direktoru Eduard Martirosyan məlumat verib.

Onun sözlərinə görə, hazırda stansiyanın istismar müddətinin 2041-ci ilədək uzadılması istiqamətində də ayrı-ayrı işlər həyata keçirilir.

Martirosyan bildirib ki, Ermənistan AES-in enerji bloku ölkənin ümumi elektrik enerjisi istehsalının 30-40%-ni təmin edir.

"Bu, bizim üçün yalnız enerji təhlükəsizliyi baxımından deyil, həm də sosial baxımdan əhəmiyyətlidir. Çünki stansiya son istehlakçı üçün daha ucuz elektrik enerjisi istehsal edir", - deyə o qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930