İran hakimiyyəti güzəştli tariflərdən kənar benzinin qiymətini iki dəfə artırıb.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.
“Sentaybrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 min tümən (təxminən 0,12 manat) təşkil edir”, – deyə qurumun açıqlamasında bildirilir.
Üçüncü tarif 2025-ci ilin sonunda tətbiq edilib və həmin tarif üzrə benzinin qiyməti 50 min rial (təxminən 2 manat) təşkil edirdi.
Bu tarif dəyişməz qalan digər iki güzəştli tarifdən fərqlənir: istehlakçılar 60 litr benzini 15 min riala (təxminən 0,61 manat), növbəti 50 litri isə 30 min riala (təxminən 1,21 manat) ala bilərlər.