ABŞ-də dizel yanacağının orta qiyməti son bir ildə 57,6% artaraq tarixi maksimuma çatıb.
"PostMedia" xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, sentyabrın 4-də ölkə üzrə dizelin orta qiyməti 1 gallon üçün 5,85 dollara yüksəlib. Bu, AAA-nın müşahidələri tarixində qeydə alınan ən yüksək göstəricidir.
Bir il əvvəl ABŞ-da dizel yanacağının orta qiyməti 1 gallon üçün 3,71 dollar təşkil edib. Beləliklə, bir il ərzində dizelin qiyməti 2 dollardan çox, yəni 57,6% bahalaşıb.
Yeni rekord 2022-ci ilin iyununda qeydə alınmış əvvəlki maksimumu da geridə qoyub. Həmin vaxt dizelin orta qiyməti təxminən 5,82 dollar təşkil etmişdi.