6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Qaxın bu kəndlərində işıq olmayacaq

04-avqust-2025, 09:49
Qaxın bu kəndlərində işıq olmayacaq
Yazı Ölçüsü:
Bu gün saat 10:00-dan 13:00-dək Qax rayonunun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumatda deyilir ki, Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında 4 avqust tarixində 10 kV-luq "Qorağan" hava xəttinin açarı yenisi ilə əvəz olunacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031