6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib

30-iyul-2025, 17:15
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Yazı Ölçüsü:

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.

"PostMedia" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yoxlamalar zamanı hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Xidməti aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930