6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub - ADY

16-aprel-2025, 11:05
Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub - ADY
Yazı Ölçüsü:
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
"PostMedia" xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.
Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031