6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

DGK xətti ilə büdcə daxilolmalarında 3%-dək azalma qeydə alınıb

08-aprel-2025, 10:55
DGK xətti ilə büdcə daxilolmalarında 3%-dək azalma qeydə alınıb
Yazı Ölçüsü:

Bu ilin ilk üç ayında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,5 milyon manat təşkil edib.

"PostMedia" bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Məlumatda bildirilib ki, qeyd olunan məbləğ ötən yanvar-mart ayları ilə müqayisədə 39,4 milyon manat və yaxud 2,7% azalma nümayiş etdirir.

Bundan əlavə, bu il Dövlət Gömrük Komitəsi büdcəyə 6,6 milyard manat vəsait köçürməli olduğu bildirilir. Bu, ilk rüb ərzində nəzərdə tutulan məbləğin 21,7%-nin təmin edildiyini göstərir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930