6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Finlandiya azarkeşləri “Haka”nın stadionunu yandırıblar

11-dekabr-2025, 18:10
Finlandiya azarkeşləri “Haka”nın stadionunu yandırıblar
Yazı Ölçüsü:

Finlandiyanın 9 qat çempionu “Haka” klubunun azarkeşləri komandanın Premyer Liqanı tərk etməsindən sonra öz stadionlarını yandırıblar.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın nəticəsində arenanın tribunalarından biri tamamilə məhv olub, həmçinin meydançanın örtüyünə ciddi ziyan dəyib. Hadisənin üç yeniyetmə tərəfindən törədildiyi bildirilir.

Klub növbəti mövsümdə ev oyunlarını keçirəcək stadionu olmadığı üçün vəsait toplama kampaniyasına start verib.

Ötən mövsümün nəticələrinə əsasən, “Haka” Premyer Liqada son — 12-ci yerdə qərarlaşıb və 27 oyunda cəmi 17 xal toplayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930