6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Bakı metrosunda sərnişinlərin stansiyalara girişi məhdudlaşdırılıb - YENİLƏNİB

21-aprel-2026, 12:48
Bakı metrosunda sərnişinlərin stansiyalara girişi məhdudlaşdırılıb - YENİLƏNİB
Yazı Ölçüsü:
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
--------------------------------------------------------------------------------------------------------------
"Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib".
Bu barədə "PostMedia"ya qurumun mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031