İranın İsrailə endirdiyi zərbələrin dəqiqliyi doqquz dəfə artıb.
"PostMedia" xəbər verir ki, bu barədə "JP Morgan" məlumat yayıb.
Bildirilib ki, İsrailə qarşı İran raketlərinin dəqiqliyi müharibənin ilk iki həftəsindəki 3%-dən 27%-ə qədər yüksəlib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehran və ölkənin ən böyük şəhərlərinə yönəldilmişdi. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan etmişdi.
İsrail və ABŞ-ın hücumları nəticəsində İranın ali lideri ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslərin də öldürüldüyü bildirilir.
Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşuldu. İsrail bu hərəkatın əleyhinə əməliyyatlara başladığını açıqladı.
Martın 23-də ABŞ prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam edəcəyini və hərbi zərbələrin beş gün təxirə salındığını bildirmişdi. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.