6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Kəmaləddin Heydərov Badamdarda sürüşmə ərazisində

06-aprel-2026, 12:10
Kəmaləddin Heydərov Badamdarda sürüşmə ərazisində
Yazı Ölçüsü:
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar yamacında sürüşmə sahəsində yaranmış vəziyyətlə əlaqədar ərazidə olub.
PostMedia" xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930