6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Gürcüstanda kriminal aləmlə əlaqədə şübhəli bilənən 78 nəfər depotasiya edilib

17-mart-2026, 12:07
Gürcüstanda kriminal aləmlə əlaqədə şübhəli bilənən 78 nəfər depotasiya edilib
Yazı Ölçüsü:

Gürcüstanda genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində 78 qeyri-qanuni şəxsin ölkədən çıxarıldığı bildirilir.

"PostMedia" Gücüstan KİV-ləinə istinadən xəbər verir ki, əməliyyat zamanı 75 yaşlı bir qadın xəsarət alıb və o, Batumi Beynəlxalq Universitet Klinikasına aparılıb.

"Rustavi 2" telekanalının məlumatına əsasən, Acarıstan bölgəsində səhər saatlarından etibarən görünməmiş miqyasda xüsusi əməliyyat keçirilir. Əməliyyatda Gürcüstan Daxili İşlər Nazirliyi və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüzlərlə əməkdaşı iştirak edir.

Qeyri-rəsmi məlumata görə, əməliyyat Helvaçauri bələdiyyəsinin Şarabidzeebi kəndində aparılır və kriminal aləmlə əlaqədə şübhəli bilinən təxminən 80 nəfər saxlanılıb.

Bildirilir ki, xəsarət alan qadın saxlanılan şəxslərdən birinin anasıdır. Bundan əlavə, yerli sakinlərin sözlərinə görə, saxlanılmadan əvvəl iki qardaş özlərinə xəsarət yetirib.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930