6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Türkiyə Kiprə yönəlmiş İran raketini vurub

04-mart-2026, 23:48
Türkiyə Kiprə yönəlmiş İran raketini vurub
Yazı Ölçüsü:

“NATO” hava hücumundan müdafiə (HÜM) sistemləri Türkiyə hava məkanında vurduğu raketin Türkiyə yox, Kiprə istiqamətlənmiş olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "Türkiyənin səsi" teleqram kanalında məlumat yayılıb.

“Raket Kiprin cənubunda yerləşən hərbi bazanı hədəfləyirdi, lakin kursundan yayınıb,” – deyə bir türk rəsmisi "France Presse" agentliyinə açıqlama verib.

Ankaradakı yüksək vəzifəli mənbələr bu məlumatı T"ürkiyənin səsi"nə təsdiqləyiblər.

Türkiyənin Müdafiə Nazirliyi bildirir ki, raket vurulmadan əvvəl İraq və Suriya üzərindən keçərək Şərqi Aralıq dənizində yerləşən NATO HÜM sistemləri tərəfindən məhv edilib.

Hadisədən sonra baş tutan telefon danışığında Türkiyənin xarici işlər naziri Hakan Fidan öz narahatlığını İranlı həmkarı Abbas Araghchi ilə bölüşüb.

Bundan əlavə, Ankara insidentlə bağlı İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930