6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Ər-Riyadda ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verib - “Reuters”

03-mart-2026, 06:52
Ər-Riyadda ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verib - “Reuters”
Yazı Ölçüsü:

Martın 2-si gecə saatlarında Ər-Riyadda yerləşən ABŞ səfirliyində partlayış və yanğın baş verib.

“PostMedia” xəbər verir ki, bu barədə Reuters agentliyi şahidlərə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, diplomatik nümayəndəlikdə güclü partlayış səsi eşidilib, bundan sonra yanğın başlayıb. Səudiyyə Ərəbistanının paytaxtında xarici ölkələrin səfirliklərinin yerləşdiyi ərazidə yuxarı qalxan qara tüstü müşahidə olunur.

ABŞ səfirliyinin nümayəndəsi və Səudiyyə Ərəbistanı hökumətinin mətbuat xidməti hadisə ilə bağlı “Reuters”in sorğusuna hələlik münasibət bildirməyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031