6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Hindistanda tibbi təyyarə qəzaya uğrayıb

24-fevral-2026, 08:55
Hindistanda tibbi təyyarə qəzaya uğrayıb
Yazı Ölçüsü:
Hindistanın Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, "Carkhand" ştatında 7 nəfəri daşıyan tibbi təyyarə qəzaya düşüb. Təyyarə Rançi şəhərindən Nyu-Dehliyə tibbi reys həyata keçirirdi.
"PostMedia"nın yüerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" tipli təyyarə havaya qalxdıqdan təxminən 23 dəqiqə sonra ekipajla əlaqəni itirib və radar ekranlarından itib. Daha sonra onun uzaq və meşəlik ərazidə qəzaya uğradığı bildirilib.
Hadisə yerinə xilasedicilər göndərilib, lakin çətin relyef axtarış-xilasetmə işlərini çətinləşdirir. Qəzanın səbəbləri araşdırılır.
Qeyd olunub ki, təyyarə bədəninin 60 faizindən çoxu yanmış 41 yaşlı kişini Nyu-Dehliyə çatdırırmış.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930