6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Türkiyədə 32 klub rəhbəri saxlanılıb

20-fevral-2026, 20:17
Türkiyədə 32 klub rəhbəri saxlanılıb
Yazı Ölçüsü:
Türkiyədə qanunsuz mərc və danışılmış oyunlar işi çərçivəsində futbol klublarının 32 rəhbəri saxlanılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Hurriyet Daily" məlumat yayıb.
Saxlanılanlar arasında Super Liqanı təmsil edən “Göztepe”, “Konyaspor”, “Alanyaspor”, “Antalyaspor”, “Kocaelispor”, “Gençlerbirliği” və “Sivasspor” klublarının rəhbərləri də var.
Prokurorluğun məlumatına görə, saxlanılan şəxslər öz komandalarının məğlubiyyəti üzərinə mərc ediblər.
Qeyd edək ki, daha əvvəl Türkiyədə 108 məşqçi və 104 menecer saxlanılmış, 1000 futbolçu və 149 hakim isə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031