6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

ABŞ-ın İrəvandakı səfirliyinin yaxınlığında avtomobil partlayıb

19-fevral-2026, 18:50
ABŞ-ın İrəvandakı səfirliyinin yaxınlığında avtomobil partlayıb
Yazı Ölçüsü:

Bu gün axşam saatlarında Ermənistanın paytaxtı İrəvanda fövqəladə hadisə qeydə alınıb.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, saat 18:00 radələrində İsakov prospektində, ABŞ səfirliyinin qarşısında avtomobildə partlayış baş verib, ardından yanğın başlayıb.

Vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə İsakov prospektində ABŞ səfirliyi istiqamətindən Qələbə körpüsünə gedən yol müvəqqəti olaraq bağlanıb. Hərəkət yanğınsöndürənlərin işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Hadisənin səbəbləri araşdırılır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930