6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiya Qara dənizdə xarici bayraqlar altında üzən iki gəmini batırıb - Ukrayna

09-yanvar-2026, 22:00
Rusiya Qara dənizdə xarici bayraqlar altında üzən iki gəmini batırıb - Ukrayna
Yazı Ölçüsü:

Çernomorsk limanına gedən yolda rus hücum dronu Saint Kitts və Nevis bayrağı altında üzən mülki gəmiyə zərbə endirib.

"PostMedia" xəbər verir ki, bunu Ukraynanın vitse-premyeri Aleksey Kuleba bildirib.

Məlumata görə. gəmi Ukrayna dəniz dəhlizində buğda yükləmək üçün hərəkət edirmiş. İlkin məlumata görə, insident nəticəsində xəsarət alanlar var.

“Bundan əlavə, Odessa limanının yaxınlığında Komor adalarının bayrağı altında hərəkət edən bir gəmi də hücuma məruz qalıb, o, soya daşıyırmış.

Hücum nəticəsində ekipaj üzvü – Suriya vətəndaşı həlak olub”, – deyə Kuleba qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930