6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Kür çayından təkərlərdən hazırlanmış 40 ədəd balıq tələsi çıxarılıb

30-dekabr-2025, 20:52
Kür çayından təkərlərdən hazırlanmış 40 ədəd balıq tələsi çıxarılıb
Yazı Ölçüsü:
Gürcüstan Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları brakonyerliyə qarşı mübarizə çərçivəsində Şida Kartli bölgəsində profilaktik tədbirlər həyata keçiriblər.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
Məlumata görə, departament əməkdaşları Kareli bələdiyyəsinin Axalsopeli kəndi və Xaşuri bələdiyyəsinin Taqveti kəndi yaxınlığında, Kür çayından təkərlərdən hazırlanmış 40 ədəd balıq tələsi (yerli dildə "oçxi" adlanır) çıxarıblar. Tələlərə müxtəlif növ cəmi 150 kq-a yaxın balıq düşüb.
İdarənin əməkdaşları balıqları yenidən çaya buraxıblar.
Departament bildirir ki, brakonyerliyə qarşı mübarizə prioritet istiqamətdir. Profilaktik tədbirlər xüsusilə son illərdə brakonyerlik faktlarının daha tez-tez qeydə alındığı ərazilərdə keçirilir.
Gürcüstanda elektrik cərəyanı, elektroşok cihazı, özühazırlanmış elektron vasitələr, partlayıcı və ya zəhərli maddələr, habelə balıqların və digər su canlılarının kütləvi məhvinə səbəb olan digər vasitələrlə qanunsuz balıq ovu qadağandır. Bu əməllər brakonyerlik hesab olunur.
Brakonyerlər əksər hallarda torlar, elektroşok cihazları və bu kimi digər qanunsuz vasitələrdən istifadə edirlər.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930