6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Robert Köçəryanın keçmiş mətbuat katibi və ailəsi Baş Prokurorluğa çağırılıb

26-dekabr-2025, 22:53
Robert Köçəryanın keçmiş mətbuat katibi və ailəsi Baş Prokurorluğa çağırılıb
Yazı Ölçüsü:

Ermənistanın ikinci prezidentinin Röbert Köçəryanın keçmiş mətbuat katibi Viktor Soqomonyan, onun atası keçmiş deputat Ernest Soqomonyan, həmçinin ailənin digər üzvləri prokurorluğa dəvət olunublar.

"PostMedia" bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.

Qeyd olunur ki, onlar qanunsuz mənşəli əmlakın müsadirəsi haqqında iş çərçivəsində çağırılıblar. Baş Prokurorluq Soqomonyanın əmlakının yoxlanılmasına hələ 27 yanvar 2023-cü il tarixində başlayıb.

Bundan əlavə, Baş Prokurorluğun Qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsi parlamentin "Ermənistan" fraksiyasının deputatı Aqvan Vardanyanı da çağırıb.

Bildirişlər həmçinin onun oğlu Vaqe Vardanyana, həyat yoldaşı Tsoqik Becanyana, qızı Ani Vardanyana, ailə üzvləri Varduhi Vardanyan və Ruben Markosyana da göndərilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930