6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Lukaşenko: Belarusda əfv edilən bəzi məhbusların cəza müddəti demək olar ki, bitmişib

18-dekabr-2025, 23:16
Lukaşenko: Belarusda əfv edilən bəzi məhbusların cəza müddəti demək olar ki, bitmişib
Yazı Ölçüsü:
Belarus cəza müddəti başa çatmaqda olan bir neçə məhbusu əfv edib.
"PostMedia" "Kommersant"a istinadın xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko bəyan edib.
Lukaşenkonun sözlərinə görə, məhbuslardan biri Litvada yaşayan həyat yoldaşının xahişi ilə azadlığa buraxılıb.
"Növbəti qrup (azad edilən məhbuslar) buraxıldıqdan sonra hamı məni qınamağa başladı. Guya mən iki aydan sonra onsuz da azadlığa çıxmalı olanları buraxmaqla hamını aldatmışam. Amma uşaqlar, siz məndən xahiş etdiniz, mən də onları azad etdim", — Lukaşenko xalqa və Milli Məclisə müraciətində deyib.
Xatırladaq ki, Lukaşenko dekabrın 13-də Amerika Birləşmiş Ştatları ilə əldə olunmuş razılığa əsasən 123 məhbusu əfv edib. Onların arasında müxalifət liderlərindən biri Mariya Kolesnikova, Belarus prezidentliyinə keçmiş namizəd Viktor Babariko və Nobel mükafatı laureatı Ales Byalyatski də var.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930