6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

CNN: Tramp İranla bağlı yenilənmiş hərbi variantları dinləyəcək

30-aprel-2026
CNN: Tramp İranla bağlı yenilənmiş hərbi variantları dinləyəcək
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın cümə axşamı Pentaqon rəsmilərindən İranla bağlı yenilənmiş hərbi variantlar barədə brifinq alacağı gözlənilir.

PostMedia” xəbər verir ki, CNN məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Trampa hərbi planlarla bağlı mütəmadi məlumat verilir və ABŞ-nin İrana qarşı bombardmanları yenidən başlatmaq istəməməsi ilə bağlı əvvəlki mövqeyində ciddi dəyişiklik olduğu hələ görünmür.

Bununla yanaşı, brifinq Trampın seçimlərini açıq saxladığını göstərir. Belə ki, müharibənin dayandırılması ilə bağlı danışıqlar ləng gedir.

Məlumata əsasən, brifinqdə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper, Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyne və digər yüksək rütbəli hərbçilər iştirak edəcəklər.

CNN qeyd edir ki, Trampın hazırkı strategiyası İrana maksimum iqtisadi təzyiq göstərməyə yönəlib ki, Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı tələblərə razılaşsın.

Mənbələrin sözlərinə görə, Tramp son günlər əsas müşavirlərinə ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasını davam etdirmək istədiyini bildirib. Onun komandası artıq bu planın uzadılması üçün hazırlıqlara başlayıb. Buraya Hörmüz boğazının daha uzun müddətə bağlanması ehtimalı da daxildir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930