6°C Bakı
1$ = 1.70₼
Dünya

Kaya Kalas: "Tramp və Putin arasındakı zənglər həmişə bir çox sualları cavabsız qoyur"

30-aprel-2026
Kaya Kalas: "Tramp və Putin arasındakı zənglər həmişə bir çox sualları cavabsız qoyur"
Yazı Ölçüsü:

Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışıqları hər dəfə çoxlu sualları cavabsız qoyur.

"PostMedia" xəbər verir ki, bunu Estoniyada keçirilən NB8 (Şimali Avropa və Baltik ölkələri) xarici işlər nazirlərinin görüşündə çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

O, qeyd edib ki, Ukrayna ilə bağlı sülh danışıqları sanki “yerində sayır”.

Kallasın sözlərinə görə, Tramp–Putin telefon söhbətləri zamanı real irəliləyiş olub-olmadığı aydın deyil:

“Biz Prezident Tramp və Prezident Putin arasındakı bu zəngləri görəndə həmişə çoxlu cavabsız suallar qalır”, — deyə o bildirib.

O həmçinin qeyd edib ki, bu danışıqlar paradoksaldır, çünki Rusiya açıq şəkildə İran ətrafında ABŞ-yə qarşı “qəhrəmanlıq mübarizəsini” tərifləyir.

Kallasın fikrincə, Avropa ittifaqı Rusiyaya daha güclü təzyiq görmək istəyir, lakin bu telefon danışıqlarında belə bir nəticə görünməyib.

O daha əvvəl də bildirib ki, Moskva ilə ciddi danışıqlardan əvvəl müharibə bitdikdən sonra Rusiyadan hansı tələblərin irəli sürüləcəyi dəqiq müəyyən edilməlidir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930