Amerikalı astronavtların 2029-cu ilə yəni onun ikinci prezidentlik müddətinin sonunadək Aya eniş etməsi ehtimalı böyükdür.
"PostMedia" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O, "Oval kabinet"də "Artemis-2" missiyasının heyəti ilə görüş zamanı qeyd edib ki, Ay proqramı üzrə işlər “qrafikdən əvvəl” gedir və ABŞ-nin bu planları reallaşdırmaq üçün “əla fürsəti” var.
NASA rəhbəri Cared İsakmən isə agentliyin realist plana əməl etdiyini bildirib. Onun sözlərinə görə, 2027-ci ildə "Artemis-3" missiyasının buraxılması nəzərdə tutulur, 2028-ci ildə isə Ay səthinə astronavtların enişi üçün iki mümkün tarix planlaşdırılıb.
O eyni zamanda “Ay yarışı”nda rəqabətin davam etdiyini vurğulayaraq, kosmik proqramların sürətləndirilməməsi halında Çinə uduzmaq riskinin olduğunu deyib.
Bundan əvvəl “Artemis-2” missiyası Ay ətrafında uçuşu uğurla həyata keçirmiş, daha sonra Orion kapsulu Sakit okeana eniş etmişdi.