6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Böyük Britaniya İran səfirini XİN-ə çağırıb

28-aprel-2026, 23:05
Böyük Britaniya İran səfirini XİN-ə çağırıb
Yazı Ölçüsü:

Böyük Britaniya hökuməti bildirib ki, İranın Londondakı səfiri sosial şəbəkələrdə edilən “qəbuledilməz və təhrikedici” paylaşımlarla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

"PostMedia" xəbə verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Böyük Britaniyanın Yaxın Şərq məsələləri üzrə naziri Hemiş Falkoner İran səfirliyinə açıq şəkildə bildirib ki, diplomatik nümayəndəlik “Böyük Britaniyada və ya beynəlxalq səviyyədə zorakılığa çağırış kimi qiymətləndirilə biləcək istənilən kommunikasiya formasını dayandırmalıdır”.

Məlumata görə, İran səfirliyi bu ayın əvvəlində öz "Telegram" kanalında paylaşım edərək Böyük Britaniyada yaşayan iranlıları ölkələrinin “müdafiə müharibəsində” iştirak etməyə və lazım gəlsə həyatlarını qurban verməyə hazır olduqlarını bildirməyə çağırıb.

Britaniya hökuməti səfirliyin konkret hansı paylaşımına etiraz etdiyini açıqlamayıb.

Britaniyalı qanunvericilər isə əvvəllər də İran tərəfindən Böyük Britaniyaya yönələn təhlükələrin ciddi və genişmiqyaslı olması barədə xəbərdarlıq etmişdilər.

Qeyd olunur ki, hökumət ötən ay da İran səfirini XİN-ə çağırmışdı. Buna səbəb İran və Böyük Britaniya vətəndaşlığı olan bir şəxsin İran kəşfiyyatına yardım göstərməkdə şübhəli bilinərək ittiham olunması idi.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31