6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib

28-aprel-2026
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Almaniyanın Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda Almaniya liderininin Berlinin iqtisadi və digər problemlərinə görə məsuliyyət daşıdığını qeyd edib.

"PostMedia" xəbər verir ki, bunu "Ağ Ev"in rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.
“Almaniya kansleri Fridrix Merts hesab edir ki, İranın nüvə silahına malik olması qəbul ediləndir. O, nə haqqında danışdığını ümumiyyətlə anlamır. Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov vəziyyətinə düşərdi. Mən hazırda İranla bağlı elə addımlar atıram ki, bunları çoxdan digər ölkələr və ya prezidentlər atmalı idi”, — deyə Tramp bildirib.
“Almaniyada həm iqtisadi, həm də digər sahələrdə vəziyyətin pis olması heç də təəccüblü deyil!” — deyə ABŞ prezidenti əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930