6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

IDF Livanın cənubundakı 16 kəndin sakinlərinə evlərini tərk etməyi əmr edib

28-aprel-2026
IDF Livanın cənubundakı 16 kəndin sakinlərinə evlərini tərk etməyi əmr edib
Yazı Ölçüsü:

İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda yerləşən 16 kəndin sakinlərinə təcili şəkildə evlərini tərk etmək barədə xəbərdarlıq edib. Bildirilib ki, bu addım gözlənilən hava zərbələri ilə bağlıdır.

"PostMedia"nın məlumatına görə, IDF-nin sözçüsü Avixay Adraee "X" platformasında ərəbcə yayımladığı açıqlamada bildirib ki, Hizbullah silahlıları həmin kəndlərdən İsrailə qarşı hücumlar üçün istifadə edirlər.

“Hizbullah atəşkəs razılaşmasını pozur və biz buna qarşı qəti addımlar atmağa məcburuq”, – deyə IDF bəyanatında qeyd olunub.

Açıqlamada vurğulanıb ki, təhlükəsizlik səbəbindən kənd sakinləri dərhal evlərini tərk etməli və Səida şəhərinə doğru hərəkət etməlidirlər.

Sözçü əlavə edib ki, Hizbullah döyüşçülərinə, obyektlərinə və ya hərbi texnikasına yaxın olan hər kəs həyatını riskə atmış olur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930