6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fridrix Merts: "Müharibədən sonra Ukrayna ərazilərinin bir hissəsini itirə bilər"

27-aprel-2026
Fridrix Merts: "Müharibədən sonra Ukrayna ərazilərinin bir hissəsini itirə bilər"
Yazı Ölçüsü:

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna müharibədən sonra Rusiya ilə mümkün sülh razılaşması çərçivəsində ərazilərinin bir hissəsini itirmə ehtimalı ilə üzləşə bilər.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, gələcəkdə Ukrayna atəşkəs, daha sonra isə sülh sazişi imzalaya bilər və bu zaman bəzi ərazilər Kiyevin nəzarətindən kənarda qala bilər. Merts bu ehtimalı ölkənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivi ilə əlaqələndirib.

“Əgər prezident Volodimir Zelenski bu qərarı xalqına çatdırmaq və referendum keçirmək istəyirsə, eyni zamanda insanlara deməlidir ki, Avropaya gedən yolu açıb”, – deyə kansler qeyd edib.

Hazırda Ukrayna Avropa İttifaqına namizəd ölkə statusuna malikdir. Bununla belə, Merts sürətli üzvlüklə bağlı həddindən artıq optimist gözləntilərdən çəkinməyə çağırıb.

O vurğulayıb ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətində olduğu müddətdə Aİ-yə qoşula bilməz və əvvəlcə hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə kimi sahələrdə tələbləri yerinə yetirməlidir.

Merts əlavə edib ki, Ukraynanın 2027-ci ilin 1 yanvarına qədər Aİ-yə üzv olması real deyil, hətta 2028-ci il üçün də bu ssenari inandırıcı görünmür.

Agentlik xatırladır ki, Ukraynanın Aİ-yə inteqrasiya prosesi əvvəllər Viktor Orban hökumətinin mövqeyi səbəbindən ləngiyirdi, lakin Macarıstanda son seçkilərdən sonra bu prosesin sürətlənə biləcəyi istisna olunmur.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930