6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İtaliya Hörmüz boğazına dörd gəmi göndərməyə hazır olduğunu açıqladı

23-aprel-2026
İtaliya Hörmüz boğazına dörd gəmi göndərməyə hazır olduğunu açıqladı
Yazı Ölçüsü:

İtaliya Hörmüz boğazının təmizlənməsi üzrə beynəlxalq missiya çərçivəsində 4-ə qədər gəmi, xüsusilə də 2 minaaxtaran gəmi göndərməyə hazırdır.

"Postmedia" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Dəniz Qüvvələri Baş Qərargah rəisi Cüzeppe Berutti Berqotto bildirib.

Keçən həftə Avropa liderləri Parisdə toplaşaraq İran–İsrail müharibəsi zamanı demək olar ki, bağlanmış boğazdan keçən gəmiçilik marşrutlarının qorunması üçün çoxmillətli səyləri müzakirə ediblər.

Dünyada neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri bu boğazdan keçir. İtaliya da daxil olmaqla 10-dan çox ölkə şərait imkan verən kimi təhlükəsiz keçidi təmin etmək üçün bu missiyaya qoşulacağını bildirib.

“Baş Qərargahın hazırladığı fövqəladə əməliyyat planı iki minaaxtaran gəmi, bir müşayiət gəmisi və bir logistika gəmisindən ibarət qrup nəzərdə tutur”, – deyə Cüzeppe Berutti Berqotto RAI dövlət televiziyasına bildirib. – “Aydındır ki, biz tək fəaliyyət göstərmirik. Biz beynəlxalq koalisiyanın bir hissəsiyik və digər ölkələr də minaaxtaran gəmilər göndərəcəklər.”

O əlavə edib ki, Böyük Britaniya, Fransa, Belçika və Niderlandın da minaaxtarma imkanları var.

Berutti Berqotto bildirib ki, İtaliya gəmiləri Şimal-Qərb Spezia limanından yola düşəcək və bölgəyə çatmaq üçün təxminən 4 həftə vaxt lazım olacaq.

Hazırda İtaliyanın arsenalında 8 minaaxtaran gəmi mövcuddur.

Müdafiə naziri Guido Crosetto keçən həftə bildirib ki, hökumət Hörmüz boğazında əməliyyata İtaliyanın iştirakı üçün parlamentin razılığını alacaq.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031