Böyük Britaniya kralı III Çarlz və kraliça Kamillanın gələn həftə baş tutacaq dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına kömək edə bilər.
"PostMedia" xəbər verir ki, bubu ABŞ Prezidenti Donald Tramp BBC-yə verdiyi müsahibədə bildirib.
“Şübhəsiz. O, möhtəşəmdir. O, fantastik insandır. Cavab mütləq "bəli"dir. Mən onu yaxşı tanıyıram, uzun illərdir tanıyıram. O, cəsarətli və böyük insandır”, – Tramp Britaniya monarxı barədə deyib.
ABŞ Prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə münasibətlərindən də danışıb və bildirib ki, bu münasibətlər yalnız baş nazir immiqrasiya siyasətini dəyişərsə bərpa oluna bilər.
“Əgər o, Şimal dənizini açsa və immiqrasiya siyasətini sərtləşdirsə — indi bu yoxdur — o, bərpa oluna bilər. Əks halda, düşünmürəm ki, şansı var”, – Tramp bildirib.
O, həmçinin Böyük Britaniya hökumətini və digər müttəfiqləri İranda baş verən müharibəyə reaksiyalarına görə tənqid edib.
Tramp deyib ki, Böyük Britaniyanın dəstək səviyyəsindən narazıdır, halbuki Kir Starmer ölkənin daha geniş müharibəyə qoşulmayacağını dəfələrlə bildirib. ABŞ Prezidentinə “Böyük Britaniya kimi müttəfiqlərə ehtiyacınız var idimi?” sualı verildikdə, o belə cavab verib: “Heç ehtiyacım yox idi, amma orada olmalı idilər. Aydındır ki, mənə lazım deyildilər. Biz İran ordusunu məhv etdik. Mənə heç kim lazım deyildi. Sadəcə onların qoşulub-qoşulmayacağını görmək istəyirdim”.
O əlavə edib ki, bu çağırış daha çox yoxlama xarakteri daşıyırdı.