ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa müttəfiqləri İranla bağlı əməliyyat məsələsində ABŞ-yə kifayət qədər dəstək verməyib və bununla da “NATO üzrə imtahandan keçməyiblər”.
"PostMedia" xəbər verir ki, bu barədə "Fox News"a müsahibəsində "Ağ Ev"in mətbuat katibi Karolayn Levitt bildirib.
Onun sözlərinə görə, Avropadan çoxsaylı bəyanatlar səslənsə də, Vaşinqton praktik addımlar baxımından yetərli dəstək görməyib.
Leavitt qeyd edib ki, Trampın baxışına görə, NATO üzrə müttəfiqlər əməliyyat zamanı ABŞ-la birgə hərəkət etməyib və lazımi şəkildə dəstək göstərməyiblər.