6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İtaliya Solovyovun Meloniyə qarşı təhqir dolu ifadələrinə görə Rusiya səfirini çağırdı

21-aprel-2026, 21:57
İtaliya Solovyovun Meloniyə qarşı təhqir dolu ifadələrinə görə Rusiya səfirini çağırdı
Yazı Ölçüsü:

İtaliyanın Xarici İşlər naziri Antonio Tajani bildirib ki, Roma şəhərində Rusiyanın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

"PostMedia" xəbər verir ki, bunu o AFP-yə müsahibəsində deyib.

Buna səbəb rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun İtaliyanın Baş naziri Corciya Meloni haqqında təhqiramiz açıqlamaları olub. Bu barədə çərşənbə axşamı Frans Press agentliyi məlumat yayıb.

İtaliya mediasının yazdığına görə, Vladimir Solovyov rus televiziyasında efir zamanı italyan dilində Melonini “insan nəslinin biabırçılığı”, “vəhşi heyvan”, “tamamilə axmaq” və “iyrənc kiçik qadın” adlandırıb. Daha sonra rus dilinə keçərək onu “faşist bir varlıq, öz seçicilərinə xəyanət etmiş biri” kimi təsvir edib və “hətta ABŞ prezidenti Donald Trampa belə xəyanət edib” deyib.

Tajani X sosial şəbəkəsində yazıb ki, o, Rusiyanın səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağıraraq Baş nazir Corciya Meloniyə qarşı rus televiziya aparıcısının səsləndirdiyi “çox ciddi və təhqiramiz ifadələr”lə bağlı rəsmi etirazını bildirib.

Rusiyalı aparıcının açıqlamaları hətta İtaliyanın müxalifət partiyaları tərəfindən də pislənib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31