6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"Amnesty International" Tramp, Netanyahu və Putini yırtıcı adlandırdı

21-aprel-2026
"Amnesty International" Tramp, Netanyahu və Putini yırtıcı adlandırdı
Yazı Ölçüsü:

Amnesty International təşkilatının baş katibi Aqnes Kallamard “2025-ci il haqqında düşüncələr” və “Bu günə qədər” adlı kitablarında bir sıra dünya liderlərini sərt tənqid edib.

"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, Donald Tramp, Benyamin Netanyahu və Vladimir Putin kimi liderlər “kütləvi dağıntılar, repressiyalar və zorakılıq vasitəsilə iqtisadi və siyasi üstünlük əldə etməyə çalışıblar”.

Kallamard qeyd edib ki, bir çox qlobal liderlər beynəlxalq hüququ zəiflədir, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hücumlar edir və BMT strukturlarından uzaqlaşaraq “sülh və təhlükəsizlik mexanizmlərini” alternativ, daha çox öz maraqlarına xidmət edən sistemlərlə əvəz edirlər.

O bildirib ki, hazırda dünyada diplomatiyadan çox müharibə üstünlük təşkil edir. Kallamard Qəzzada vəziyyətin davam etdiyini, Ukraynada müharibənin daha da şiddətləndiyini, həmçinin ABŞ-nin Venesuela və İrana qarşı hərbi addımlar atdığını vurğulayıb. Onun fikrincə, Konqo Demokratik Respublikası, Myanma və Sudan kimi ölkələrdə baş verən hadisələr də ciddi nəzarətdən kənarda qalır və Yaxın Şərq yenidən qeyri-sabitliyə sürüklənir.

Kallamard əlavə edib ki, bu tendensiyalara qarşı çıxan ölkələrin sayı çox azdır və siyasətçiləri, diplomatları və vətəndaş cəmiyyətini daha fəal mövqe tutmağa çağırıb. Onun sözlərinə görə, tarix yalnız baş verənlərdən ibarət deyil – insanlar da onu formalaşdırmaq gücünə malikdir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930