6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pakistan hələ də ABŞ ilə danışıqlarda iştirakla bağlı İranın rəsmi cavabını gözləyir

21-aprel-2026
Pakistan hələ də ABŞ ilə danışıqlarda iştirakla bağlı İranın rəsmi cavabını gözləyir
Yazı Ölçüsü:

Pakistanın vasitəçi rolunu üzərinə götürdüyü danışıqlar prosesi ilə bağlı hələ də qeyri-müəyyənlik qalır.

"PostMedia"nın məlumatına görə, Pakistanın informasiya naziri Ataullah Tarar "X" hesablında bildirib ki, İran hələ də ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi cavab verməyib.

Nazirin sözlərinə görə, İslamabadda keçirilməsi planlaşdırılan sülh danışıqlarına İran nümayəndə heyətinin qatılıb-qatılmayacağı barədə rəsmi təsdiq hələ gözlənilir.

Tarar vurğulayıb ki, bu qərar “kritik” əhəmiyyət daşıyır. Çünki tərəflər arasında əldə olunmuş iki həftəlik atəşkəsin başa çatmasına sayılı saatlar qalıb.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İranla bağlı ABŞ-İsrail münaqişəsində atəşkəs rejimini uzatmaq niyyətində deyil. Onun sözlərinə görə, danışıqlar uğursuz olacağı təqdirdə ABŞ ordusu “hərəkətə keçməyə hazırdır”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930