6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Çinə səfərini İranla müharibəyə görə təxirə salıb

17-mart-2026, 10:00
Tramp Çinə səfərini İranla müharibəyə görə təxirə salıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trump Çinə planlaşdırdığı səfəri təxirə salıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.

“Hazırda müharibə gedir və mən burada olmalıyam. Hiss edirəm ki, burada qalmağım vacibdir. Buna görə də səfərin təxminən bir ay təxirə salınmasını xahiş etdik”, – deyə o bildirib.

Tramp eyni zamanda qeyd edib ki, Çin “bizə təşəkkür etməlidir”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir. Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket hücumları həyata keçirib.

Məlumata görə, hücumlar nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031