6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO Türkiyədə raketdən müdafiəni gücləndirməyi müzakirə edir

17-mart-2026, 00:27
NATO Türkiyədə raketdən müdafiəni gücləndirməyi müzakirə edir
Yazı Ölçüsü:

NATO İrandan gələn mümkün təhdidlər fonunda Türkiyə ərazisində raketdən müdafiə imkanlarını daha da gücləndirməyi nəzərdən keçirir.

"PostMedia" xəbər verir ki, bu barədə vəziyyətə yaxın mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, alyans artıq Türkiyənin şərqində Yaxın Şərqdə raketlərin izlənməsi üçün istifadə olunan erkən xəbərdarlıq radarını qorumaq məqsədilə bir batareya yerləşdirib.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş aviabazanı gücləndirmək məqsədilə əlavə olaraq daha bir “Patriot” hava hücumundan müdafiə sisteminin göndərilməsi də müzakirə olunur.

Qeyd edək ki, mənbə planların hələ müzakirə mərhələsində olması səbəbilə anonim qalmaq şərti ilə danışıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31