Böyük Britaniyanın bir aviadəryanı gəmisinin Yaxın Şərqdə yerləşdirilməyəcəyi ehtimal olunur
10-mart-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Böyük Britaniyanın iki aviadəryanından biri olan "HMS Prince of Wales" gəmisinin Yaxın Şərqdə yerləşdirilməyəcəyi bildirilir.
"PostMedia" BBC-yə istinadən xəbər verir ki, gəmi yüksək döyüş hazırlığı vəziyyətindədir.
Məlumata görə, gəminin NATO təlimlərində iştirak etmək üçün Arktikaya yola düşəcəyi proqnozlaşdırılır.
Britaniya rəsmiləri açıqlayıblar ki, hazırda "Portsmouth" limanında olan gəmi İranla bağlı əməliyyatlarda iştirak etməyəcək və Baş Nazirlik bildirib ki, onun yerləşdirilməsi ilə bağlı hələ qərar yoxdur.
"HMS Prince of Wales"i Yaxın Şərqə göndərmək planlarının ləğv olunması qərarı Prezident Trampın əvvəlcə Britaniya aviadəryanlarının hərbi əməliyyatlarda lazım olmadığını bildirməsindən sonra qəbul edilib.
"Biz nəhayət ki, Yaxın Şərqə iki aviadaşıyıcı göndərmək məsələsini ciddi şəkildə müzakirə edirdik. Eybi yox, Baş nazir Starmer, onlar bizə artıq lazım deyil, lakin biz bunu yadda saxlayacağıq. Biz artıq qalib gəldiyimiz müharibələrə kiminsə qoşulmasına ehtiyac duymuruq".