6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Böyük Britaniya BƏƏ-də səfirlik əməkdaşlarının ailə üzvlərini müvəqqəti təxliyə edib

10-mart-2026
Turan Hüseynli
Böyük Britaniya BƏƏ-də səfirlik əməkdaşlarının ailə üzvlərini müvəqqəti təxliyə edib
Yazı Ölçüsü:
Böyük Britaniya ehtiyat tədbiri kimi Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində çalışan əməkdaşların ailə üzvlərini müvəqqəti olaraq ölkədən çıxarıb.
"PostMedia" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Məluamtda deyilir ki, təhlükəsizlik sahəsində yaranmış vəziyyətlə əlaqədar belə qərar qəbul edilib.
“Hazırkı təhlükəsizlik vəziyyətinə görə, ehtiyat tədbiri olaraq Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik əməkdaşlarımızın ailə üzvlərini müvəqqəti təxliyə etmək qərarı verdik”, – deyə məlumatda qeyd olunub.
Eyni zamanda bildirilib ki, Əbu-Dabi və Dubaydakı Britaniya səfirlikləri fəaliyyətini əvvəlki qaydada davam etdirir.
Kateqoriyalar