6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Orban Ukraynanın Macarıstana qarşı addımlarını “dövlət banditizmi” adlandırıb

06-mart-2026
Orban Ukraynanın Macarıstana qarşı addımlarını “dövlət banditizmi” adlandırıb
Yazı Ölçüsü:

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Macarıstana qarşı addımlarını “dövlət banditizmi” adlandırıb.

"PostMedia" xəbər verir ki, Orban bu fikirləri "Kossuth" radiosunun səhər proqramında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ukraynanın “Drujba” neft kəməri ilə Rusiyadan neft tədarükünü dayandırması və Macarıstana təzyiq göstərməsi qəbuledilməzdir. 

"Drujba" neft kəməri ilə bağlı Macarıstana neft çatdırılmasına mane olan heç bir texniki problem yoxdur, bu, siyasi qərardır. Avropa İttifaqı ilə razılaşmaya görə, ukraynalılar bu tədarükləri həyata keçirməlidirlər, lakin onlar öhdəliklərini yerinə yetirmir və bunun əvəzinə Macarıstanı şantaj edirlər. Üstəlik, onlar açıq şəkildə Ukrayna yönlü "Tisa" partiyasını dəstəklədiklərini gizlətmirlər. Bax, bu, dövlət "banditizm"idir”, – deyə hökumət başçısı bildirib.

Orban əlavə edib ki, şəxsən onu Vladimir Zelenskinin hədələri qorxutmur, lakin belə davranışı tamamilə qəbuledilməz hesab edir və şantaja boyun əyməyəcək.

“Biz Ukraynanı müharibədə dəstəkləməyəcəyik, çünki bu bizim müharibəmiz deyil. Ukraynalılara pul verməyəcəyik, əks halda onlar Avropa İttifaqının digər ölkələrindən də bu cür pul qoparmaqda uğurlu olacaqlar. Və biz Ukraynanın Aİ-yə daxil olmasına icazə verməyəcəyik”, – deyə Macarıstanın baş naziri vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930