6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ-nin yeni daxili təhlükəsizlik naziri o olacaq

06-mart-2026, 08:16
ABŞ-nin yeni daxili təhlükəsizlik naziri o olacaq
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri vəzifəsinə Markveyne Mallinin namizədliyini irəli sürdüyünü açıqlayıb.

”PostMedia” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazdığı paylaşımda qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, Mallin 31 mart tarixindən etibarən vəzifəsinin icrasına başlayacaq.

Tramp bildirib ki, hazırkı daxili təhlükəsizlik naziri Kristi Noem yeni vəzifəyə – “Amerikaların qalxanı” adlı Qərb yarımkürəsi təhlükəsizlik təşəbbüsünün xüsusi nümayəndəsi postuna təyin ediləcək. Bu təşəbbüsün təqdimatının Doral şəhərində elan ediləcəyi gözlənilir.

Tramp qeyd edib ki, Mallin ABŞ Konqresində uzun illər fəaliyyət göstərib və ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə fəal mövqe nümayiş etdirib.

Prezident vurğulayıb ki, 10 il Nümayəndələr Palatasında, 3 il isə Senatda çalışan Mallin ABŞ-nin sərhədlərinin qorunması, qanunsuz miqrasiyanın qarşısının alınması və narkotik qaçaqmalçılığı ilə mübarizə istiqamətində çalışacaq.

Tramp əlavə edib ki, Mallin eyni zamanda Senatda yerli amerikalı (Native American) mənşəli yeganə senatorlardan biridir və tayfa icmalarının müdafiəsi ilə də tanınır.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31