6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

BƏƏ-də fövqəladə vəziyyət elan olunub

05-mart-2026, 23:56
BƏƏ-də fövqəladə vəziyyət elan olunub
Yazı Ölçüsü:

Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyi ölkə ərazisində fövqəladə vəziyyət elan edib. “PostMedia” xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Nazirlik raket təhlükəsi barədə xəbərdarlıq edərək sakinləri dərhal yaxınlıqdakı təhlükəsiz binalarda sığınacaq tapmağa çağırıb. Vətəndaşlara həmçinin pəncərələrdən, qapılardan və açıq məkanlardan uzaq durmaq tövsiyə olunub.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi ölkənin İrandan gələn raket və pilotsuz uçuş aparatları təhlükəsinə cavab verdiyini açıqlamışdı.

Rəsmi məlumatlara görə, İran tərəfindən atıldığı iddia edilən 6 raket və 131 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031