6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İsrail prezidentini “biabırçılıq” adlandırıb və Netanyahuya əfv verilməsini tələb edib

05-mart-2026
Turan Hüseynli
Tramp İsrail prezidentini “biabırçılıq” adlandırıb və Netanyahuya əfv verilməsini tələb edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trump "Channel 12" telekanalına müsahibəsində İsrail prezidenti Isaak Herzoqa yenidən çağırış edərək baş nazir Benyamin Netanyahuya korrupsiya işi üzrə əfv verilməsini istəyib.

"PostMedia"nın məlumatına görə, o, bildirib ki, baş nazirin “fikri İranla müharibədən başqa heç nəyə yönəlməməlidir”.

“Prezident Hersoq bu gün Bibini əfv etməlidir. Mən istəmirəm ki, Bibi İranla müharibədən başqa hər hansı bir məsələ ilə bağlı narahat olsun... Hersoq biabırçılıqdır... O, mənə beş dəfə söz verib ki, Bibini əfv edəcək”, – deyə Tramp bildirib.

Netanyahu cinayət ittihamı irəli sürülmüş ilk fəaliyyətdə olan İsrail baş naziridir. O, 2019-cu ildə ona qarşı irəli sürülmüş rüşvət, fırıldaqçılıq və etimadı sui-istifadə etmə ittihamlarını rədd edir.

Tramp artıq bir neçə dəfə İsrail Prezidentini Netanyahuya əfv verməyə çağırıb. Netanyahu isə ötən ilin noyabrında əfv üçün müraciət edib. Hersoq daha əvvəl Trampın “əfv vədi verdiyi” barədə iddiasını təkzib edib və fevral ayında oxşar çağırışa cavab olaraq İsrailin qanunun aliliyi ilə idarə olunan suveren dövlət olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ və İsrail İrana qarşı birgə bombardman əməliyyatlarına başlayıblar.

İsrail qanunvericiliyinə görə prezident məhkum edilmiş şəxslərə əfv vermək səlahiyyətinə malikdir. Lakin məhkəmə prosesi davam edərkən belə qərarın verilməsi ilə bağlı indiyədək presedent olmayıb və hüquqi proses kifayət qədər uzun çəkə bilər.

Kateqoriyalar