6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pete Heqset: "ABŞ-nin İranda kürd müxalifətini silahlandırmaq planı yoxdur"

04-mart-2026, 21:26
Pete Heqset: "ABŞ-nin İranda kürd müxalifətini silahlandırmaq planı yoxdur"
Yazı Ölçüsü:

ABŞ-nin müdafiə naziri Pit Heqset mediada yayılan, İran əleyhinə mümkün quru əməliyyatında iştirak üçün kürd müxalif qüvvələrinin silahlandırılması planları barədə məlumatları təsdiqləməkdən imtina edib.

"PostMedia" xəbər verir ki, bu barədə Heqset Pentaqonda keçirilən mətbuat konfransında bildirib:
“Sadəcə onu deyə bilərəm ki, məqsədlərimiz hər hansı konkret qrupa dəstək və ya təchizatla bağlı deyil. Digər tərəflərin nə etdiyini bilirik, lakin bizim prioritetlərimiz başqa müstəvidədir.”

Çərşənbə günü CNN anonim rəsmi mənbəyə istinadən xəbər vermişdi ki, İranın kürd müxalif qüvvələri yaxın günlərdə ölkənin qərbində mümkün quru əməliyyatında iştirak edə bilər. Telekanalın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) guya İranda xalq üsyanını təşviq etmək məqsədilə kürd qüvvələrinin silahlandırılması istiqamətində çalışır.

ABŞ rəsmiləri isə bu iddiaları rəsmi şəkildə təsdiqləməyiblər.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31