—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pakistan və Əfqanıstan arasında gərginlik açıq müharibə mərhələsinə keçib

27-fevral-2026
Turan Hüseynli
Pakistan və Əfqanıstan arasında gərginlik açıq müharibə mərhələsinə keçib
Yazı Ölçüsü:
Bu gün Pakistan və Əfqanıstan arasında sərhəd boyunca baş verən hərbi toqquşmalar kəskin şəkildə genişlənərək açıq müharibə mərhələsinə keçib.
"PostMedia" xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabul, həmçinin Qəndəhar və Paktiya vilayətlərində Taliban hərbi obyektlərinə aviazərbələr endirib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, ölkə artıq Əfqanıstanla “açıq müharibə” vəziyyətindədir və səbəb kimi Taliban qüvvələrinin Pakistan ərazisinə hücumlarını göstərib. Rəsmi İslamabad hava zərbələri nəticəsində 130-dan çox Taliban döyüşçüsünün məhv edildiyini, 200-dən artıq şəxsin yaralandığını açıqlayıb.
Əfqanıstan tərəfi isə cavab olaraq Pakistanın sərhəd postlarına hücum etdiyini, 55 pakistanlı hərbçinin öldürüldüyünü, bir neçə hərbi obyektin ələ keçirildiyini iddia edib. Taliban hökuməti Pakistanın hava zərbələri zamanı mülki obyektlərin də zərər gördüyünü bildirib.
Döyüşlər əsasən Nangarhar, Bajaur, Xeybər, Mohmand və Kurram bölgələrində cəmləşib. Sərhəd bölgələrində minlərlə mülki şəxs təhlükəsizlik səbəbilə evlərini tərk edib.
Beynəlxalq ictimaiyyət, o cümlədən BMT, Türkiyə, Çin və Rusiya tərəfləri təmkinli olmağa çağıraraq gərginliyin diplomatik yollarla həllinə səsləyib.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır və toqquşmalar davam edir.
Kateqoriyalar