Fevralın 26-da Cenevrədə ABŞ-İran danışıqları saziş olmadan başa çatıb.
"PostMedia" "The Wall Street Journal"a istinadən xəbər verir ki, tərəflər hələ də əsas məsələlərdə razılığa gələ bilməyiblər.
Danışıqlar zamanı Trampın nümayəndələri Stiv Uitkof və Cared Kuş İranın üç əsas nüvə obyektini – "Fordo", "Natanz" və "İsfahan"ı məhv etməli olduğunu bildiriblər.
Bundan əlavə, Tehran ABŞ-yə qalan zənginləşdirilmiş uranı təhvil verməlidir.
ABŞ nümayəndələri həmçinin vurğulayıblar ki, hər hansı nüvə sazişi müəyyən müddətsiz olmalıdır, əvvəlki Obama administrasiyasının vaxtında imzalanmış JCPOA sazişi kimi dayandırılmamalıdır.
Xatırladaq ki, Donald Tramp ilk dönəmində Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxaraq İrana qarşı sərt sanksiyaları bərpa etmişdi.
Cenevrə danışıqlarına qayıdaraq, İran uran ehtiyatlarını xaricə çıxarmaq ideyasını rədd edib. Tehran həmçinin uranın zənginləşdirilməsini dayandırmağa, nüvə obyektlərini sökməyə və nüvə proqramına daimi məhdudiyyətlər tətbiq etməyə qarşıdır.
Eyni zamanda, Omanın xarici işlər naziri və ABŞ nümayəndəsi tərəflərin irəliləyiş əldə etdiyini açıqlayıb və danışıqların yenidən davam edəcəyini bildiriblər. Oman nümayəndəsinin sözlərinə görə, texniki ekspertlər səviyyəsində danışıqlar növbəti həftə Vyanada davam edəcək.
Qeyd edək ki, ABŞ tələbləri Trampın çərşənbə günü illik “Vəziyyət haqqında” nitqində İrana qarşı xəbərdarlıq etməsindən sonra səslənib; o, İranın nüvə silahı və ABŞ-a zərbə vura biləcək ballistik raketlər hazırlamaqda davam etdiyini qeyd etmişdi.
Bundan əlavə, açıq mənbələr və ABŞ rəsmilərinin məlumatlarına əsasən, Tramp razılığa gəlməsələr, hərbi əməliyyatlar həyata keçirə biləcəyini vəd edib və regiona hücum üçün hərbi qüvvələr yerləşdirməyə davam edib.