6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ-nin “F-22” qırıcıları İsrailin cənubunda yerləşdirilib

25-fevral-2026
ABŞ-nin “F-22” qırıcıları İsrailin cənubunda yerləşdirilib
Yazı Ölçüsü:

ABŞ-yə məxsus “F-22” tipli gizli qırıcı təyyarələr Böyük Britaniyadan havaya qalxdıqdan sonra İsrailin cənubunda, İsrail Hərbi Hava Qüvvələrinə məxsus aviabazada yerləşdirilib.

PostMedia” xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 12 ədəd “F-22” qırıcısı İngiltərənin Leykenhit aviabazasından havaya qalxıb, onlardan biri texniki səbəblə geri qayıdıb. Təyyarələr ötən həftə Leykenhitə gətirilmiş və bir neçə gün orada qalmışdı.

Qırıcıların Yaxın Şərqdə yerləşdirilməsi ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatları müzakirə etdiyi dövrə təsadüf edir. “Military Air Tracking Alliance” analitik qrupunun məlumatına görə, son günlər bölgəyə doğru “F-35”, “F-22”, “F-15” və “F-16” tipli onlarla hərbi təyyarənin uçuşu qeydə alınıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930