6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Kim Çen Inin bacısının vəzifəsi yüksəldilib

24-fevral-2026
Kim Çen Inin bacısının vəzifəsi yüksəldilib
Yazı Ölçüsü:

Şimali Koreya lideri Kim Çen Inin bacısı Kim Yo Çjonq Koreya Fəhlə Partiyasının hazırkı qurultayında vəzifə yüksəlişi alıb. O, direktor müavini postundan partiyanın Mərkəzi Komitəsinin şöbə müdiri vəzifəsinə təyin edilib.

"PostMedia" xəbər verir ki, bu barədə KCNA agentliyi məlumat yayıb.

Kadr dəyişiklikləri Partiyanın IX Mərkəzi Komitəsinin ilk plenar iclasından sonra elan olunub. Kim Yo Çjonq Mərkəzi Komitənin 17 yeni şöbə rəhbəri siyahısına daxil edilib.

Fevralın 19-da başlayan qurultayda 2021-ci ildən bəri ölkənin inkişafı qiymətləndirilir və növbəti beş il üçün əsas hədəflər müəyyənləşdirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930